ProcureAz Satınalan təşkilatlar üçün müsabiqə sistemi

Elektron ticarət platformaları Kommersiya və Dövlət təşkilatlarına mühüm vəsait və vaxta qənaət imkanları yaradır.

Şirkətin biznes proseslərində elektron platformanı (ETP) tətbiq etməklə, iştirakçılara sağlam rəqabət və operativ məlumatları əldə edilməsi imkanları yaradan şəffaf və etibarlı bir sistem əldə olunacaq.

Müştərilərimiz üçün E-Tender platformasında elektron ticarət platformalarının yaradılma təcrübəsi yüksək ROİ (investisiyaların geri dönüşü) göstərir.

Faydalar

Zaman və vəsaitlərinizi qənaət edir, prosesi təkmilləşdirir

  • Rəqabətin çoxluğu səbəbindən 25%-ə qədər qənaətin əldəedilməsi
  • Dolayı xərclərin və bazar araşdırılmaların effektiv idarə edilməsi
  • Keyfiyyətli və kateqoriyalaşdırılmış təchizatçıların sürətli və asan axtarış vasitəsi ilə xərclərin azaldılması
  • Təkliflərin avtomatlaşdırılmış təhlil və müqayisəsi zamanı vaxt qənaəti
  • Təkraredilməz ÜSL (Ümumi Satınalma Lüğəti) kodlaşdırılması
  • Sorğu (Məlumat, Qiymət, Təklif) / Tenderin meyarlar üzrə qiymətləndirmənin effektiv idarəedilməsi

Prosedurlar

Məlumat Sorğusu

Məlumat sorğusu (MS) müxtəlif tədarükçülərin imkanları barədə yazılı məlumatlar əldə olunması məqsədi daşıyır. Bu müqayisəli məqsədlər üçün istifadə edilə bilən formatdır.

Qiymət Sorğusu

Qiymətləndirmə Sorğusu (QS) bir malın/xidmətin qiymətindən daha çox, malların / xidmətlərin xüsusiyyətləri əsasında müqayisə olunur, əgər təchizatçılar həmin mal / xidmət üzrə təklif təqdim eirlərsə. Məntiqli olaraq, təchizatçılar tərəfindən təqdim olunmuş düzgün təklif, detallı spesifikasiya göstərməklə aralarında müqayisə olunur.

Təkliflər Sorğusu (TS)

TS mal və ya xidmət üçün ilkin tələbləri ehtiva edir və təchizatçıya təqdim olunacaq cavabın dəqiq strukturu və formatını dəyişmək imkanı yaradır. Effektiv TS-lər adətən strateji və qısa / uzunmüddətli biznes məqsədlərini əks etdirir və tədarükçülərin uyğun bir təklif üçün ətraflı məlumat verir.

Kənar mənbənin cəlb edilməsi

Bizim satınalma xidmətləri, satınalma proseslərinizi optimallaşdıraraq, satınalmaya ayrılanan vəsaitləri azaldır və digər sahələrə yönəltməyə imkan yaradır və bununla vəsaitlərin səmərəli istifafəsinə öz tövhəsini verir.

Procure.az, xərclərin təhlil xidmətlərini təmin edərək, şirkətlər üçün il ərzində milyonlarla qənaətin müəyyənləşdirilməsi və reallaşdırılmasına köməklik edir

Procure.az-dan kateqoriyalar üzrə idarəedilməsini istifadə edərək bazarda olan aparıcı müəssisələrin satınalma komandaları, xərclərin qənaəti ilə yanaşı təchizatçının performansını inkişaf etdirirlər.

Procure.az-ın müqavilələrə dəstək komandası, müqavilənin tərtibindən təstiqinə qədər vaxtı qısaltmaq, müqavilə riskini azaltmaq və ən yaxşı şərtləri əldə etməkdə köməklik edir.

Əmtəə bazarı və təchizatçıların izlənməsinə əlavə olaraq, satınalma mütəxəssislərinin düzgün qərarların qəbul edilməsi üçün xüsusi uyğunlaşdırılmış bazar haqqında məlumatlar sistemini təqdim edirik.

Müştərilərə xidmət səviyyələrini və səmərəliliyinin artırılması ilə Təchizat zəncirinin proqnozlaşdırılması xidmətləri anbar, nəqliyyat və inventar xərclərini azaltmaqa köməklik edir.

Bazarda aparıcı şirkətlər üçün anbarın idarə edilməsində 10 illik təcrübəyə əsaslanaraq müştərilərimizə dəstək edirik.

Biznes ehtiyacına əsasən, Procure.az, təşkilatların həm öz uyğunluq nəzarət funksiyasın yaradılmasında dəstək ola bilər, həm eyni funksiyanın yerinə yetirilməsini öz öhdəsinə götürə bilər.

İnteqrasiya

Tam inteqrasiya olunmuş

digər tətbiqlər ilə inteqrasiya imkanları. REDIMO, Oracle, SAP, 1CNavision sizin istəyinizlə

İnteqrasiya tətbiq etməklə şirkətlər öz biznes proseslərini tam avtomatlaşdırmaq və optimallaşdırmaq imkanını əldə edir.

ÜSL

Tam dəstəklənir

Standart lüğətdən ibarət ÜSL kodları sisteminin istifadə ediməsi, satınalma işçilərinə, müqavilə bildirişlərinin ardıcıl təsnifləşdirilməsində köməklik edir.

Standartlaşdırılmış kodlaşdırma formatının istifadəsi tender prosesini asanlaşdırır.

Prezentasiya sorğusu

Bizimlə inkişaf edin

Başlayın